"Düşüncəmi rahat şəkildə ifadə etməkdən qorxmuram"

İfaçı Ece Seçkin homoseksuallar haqda olan "GZone" jurnalının üz qabığına çıxıb.
Vətəninfo.az
xəbər verir ki, Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, müğənni iyun ayında LGBT üzvlərinin İstanbuldakı yürüşünə dəstək verməsi haqda danışıb:
"Döyüşçü qızam. İstər şəxsi həyatımda. istər karyeramda çətinliklərə qarşı mübarizə aparmaqdan çəkinmirəm. Düşüncəmi rahat şəkildə ifadə etməkdən qorxmuram. LGBT mövzusunda da belə etdim, məncə doğru da etdim".
E.Seçkin "gələcəkdə övladınız sizə homoseksual olduğunu açıqlasa, necə reaksiya verərdiniz" sualına belə cavab verib:
"Bu bir seçim deyil ki, "mən homoseksual olmağa qərar verirəm" desin. Ona görə də, normal qəbul edib təəccüblənmərəm. Uzaqlaşdırmaram və ya rədd etmərəm. Əksinə, mənə qarşı dürüst və açıq olmazsa kədərlənərəm".
 









İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az