Vətəninfo.az xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili barəsində yeni cinayət işi açılıb. ANS TV-nin məlumatına görə, ölkənin Baş Prokurorluğundan bildirilib ki, eks prezident şəxsi məqsədləri üçün dövlət büdcəsindən 6 milyon dollar xərcləməkdə ittiham olunur. Onun bu vəsaiti masajçılar, ispan aşpazı, şəxsi dizayneri, mehmanxanalar və suvenirlər üçün xərclədiyi bildirilir. Saakaşvilinin təkcə arıqlamaq prosedurunun dövlət büdcəsinə 113 min dollara başa gəldiyi iddia olunur.
Saakaşvilinin adı həm də 2005-ci ildə Gürcüstan Parlamentinin deputatı Valeri Qelaşvilinin döyülməsinin təşkilində keçir. Bu işin digər iştirakçısının isə keçmiş baş nazir Vano Merabişvilinin olduğu deyilir. Bu səlahiyyət həddini aşdığı üçün Saakaşviliyə qarşı qaldırılan ikinci cinayət işidir. Əgər onun bu əməlləri sübuta yetirilərsə eks prezidenti 7 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Tiflis şəhər məhkəməsi 2013-cü ilin noyabr ayından ABŞ-da yaşayan Saakaşvilinin qiyabi həbsilə bağlı qərar versə də, onun ölkəyə dönmək niyyətinin olmadığı məlumdur. ABŞ Dövlət Departamenti də ona qarşı qaldırılan ittihamlardan narahatlığını bildirib. Gürcüstanın baş naziri İrakli Qaribaşvili isə şəffaf və obyektiv istintaq aparılacağına söz verib.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR