Erməni oliqarxdan Sarkisyana: "Hakimiyyət başqa siyasi güclərə yanaşmanı dəyişdirməlidir”.
Publika.az“news.am” saytına istinadən xəbər verir ki, bu barədə erməni oliqarxı, “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Sarukyan müxalif siyasi güclərin iştirakı ilə keçirilən tədbirdə bildirib.
Qaqik Sarukyanın sözlərinə görə, əsas məqsəd ölkədə siyasi inhisarçılığın kökünü kəsməkdir: “Ermənistana yeni və keyfiyyətli hakimiyyət lazımdır. Bu hakimiyyətin rəhbərliyində yeni təhsilli şəxslər olmalıdır. Mən bu cür namizədləri dəstəkləməyə hazır olduğunu bildirirəm. Ermənistanda və onun hüdudlarından kənarda yaşayan ali təhsilli erməni mütəxəssisləri mövcud hakimiyyətin alternativinin formalaşması üçün birləşməyə dəvət edirəm. Top hakimiyyətdədir, amma onun vaxtı əbədi deyil və qərar qəbul etməlidir”.
“Çiçəklənən Ermənistan” lideri qeyd edib ki, onun üçün Ermənistanda düşmən, yaxşı və ya pis siyasi güclər yoxdur: “Çünki yaranmış vəziyyətdə hakim partiyadan başqa bütün siyasi güclər özlərini oyundan kənar hiss edirlər. Hakimiyyət başqa siyasi güclərə yanaşmanı dəyişdirməlidir”.
Qeyd edək ki, tədbirdə “Çiçəklənən Ermənistan” Partiyasının üzvləri ilə yanaşı Ermənistan Xalq Partiyasının lideri Tiqran Karapetyan, “İrs” Partiyası və Erməni Mlli Konqresin nümayəndələri iştirak edib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR