Ədalət Şükürov turizm şirkətini niyə bağlayıb
Əməkdar artist Ədalət Şükürov turizm şirkətini bağlayıb. Sənətçi bu haqda məlumat verib:
"8 ildir ki, bizneslə məşğul olmuram. Hər hansı biznesim yoxdur. Əvvəllər turizm şirkətim vardı. Onu da bağladım. Sənət dostlarım mağaza açır, al-ver edir. Paltarlarla aram yaxşı olmasına baxmayaraq mağaza işlədə bilmərəm”.
Müğənni konsert verməməyinin səbəbini də açıqlayıb:
""Bakı qızları” klipini təqdim etdim. Dağıstan və İsraildə konsert verəcəm. Bakıda təşkilatçılar təşkil etsələr, konsert proqramı ilə çıxış edərəm. Müğənninn özü-özünə konsert təşkil etməsi doğru deyil”.
Qafqazinfo