Gələn ilin əvvəllərində Əfqanıstandakı ABŞ hərbi kontingentinin sayı azaldılacaq.
Vətəninfo.az xəbər verir ki, bu barədə məlumat Prezident Barak Obamanın adından ABŞ Konqresi rəhbərliyinə göndərilən bildirişdə yer alıb.
Ağ evin mətbuat xidməti tərəfindən açıqlanan sənədə əsasən hazırda Əfqanıstanda 15 min nəfər ABŞ hərbçisi var və 2015-ci ilin əvvəllərində onların sayı 9800 nəfərədək azaldılacaq.
Barak Obama, həmçinin 2016-cı ilin sonuna qədər amerikalı hərbçilərin yalnız Əfqanıstanda Kabildəki səfirliyin ərazisində qalacağını bildirib.
Parvan əyalətində yerləşən Bəkram hava limanı yaxınlığındakı hərbi həbsxananı bağladıqdan sonra ABŞ Müdafiə Nazirliyinin Əfqanıstanda məhbusları saxlama mərkəzlərinin olmadığını deyən Pentaqonun rəsmi nümayəndəsi polkovnik-leytenant Maylz Keqqins, belə təcridxanaların fəaliyyəti ilə bağlı məsuliyyəti artıq rəsmi Kabilin daşıdığını qeyd edib.
Bundan başqa, Barak Obama Konqres liderlərinə, həmçinin İordaniyada təxminən 1700, Kosovada 700, Mərkəzi Afrikanın bəzi ölkələrində 300, Nigeriyada 200-ə qədər hərbçinin və Somalidə az sayda xüsusi təyinatlı dəstənin dislokasiya olunduğu barədə də məlumat verib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR