Şağan Olimpiya Kompleksində Əlbəyaxa döyüş üzrə Polis Akademiyasının açıq turniri keçirilib. Fövqəladə Hallar Nazirliyi Akademiyasının və Polis Akademiyasının komandaları arasında keçirilən yarış barədə Polis Akademiyasının "Fiziki hazırlıq" kafedrasının rəisi, polis baş leytenantı Həsən Əliyev Polis Akademisının rəisi, polis general-mayoru Nazim Əliyevə raport vermişdir. N. Əliyev qonaqları və şəxsi heyəti salamladıqdan sonra dövlət himni səslənmiş, tədbir açıq elan olunub.
Polis Akademiyasının, DİN İdman Cəmiyyətinin və Budo Şərq Əlbəyaxa döyüş növləri üzrə federasiyanın "Trio King" klubunun üzvlərinin nümunəvi çıxışları tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb. Yarış iştirakçıları müəyyən çəki dərəcələrində güclərini sınadıqdan sonra təltifolunma mərasimi keçirilib. Qaliblərə, diplom, medal, komandaların məşqçilərinə isə xatirə kubokları təqdim edilib.
Xatırladaq ki, turnirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Cəbrayıl Həsənov, Xəzər rayonu İdman İdarəsinin rəisi Vüqar Əliyev, Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəis müavini, kapitan Qəzənfər Bağırov, Budo Şərq Əlbəyaxa döyüş növləri üzrə federasiyanın prezidenti Faiq Həsənov, vitse-prezident Mahir Əhmədov, "Şaulin-konfu" federasiyasının prezidenti Rafiq Əliyev iştirak edirdilər.
Hafiz Təmirov,
polis baş leytenantı
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR