“Azərbaycan Avropa qurumları ilə bir sıra böyük layihələr həyata keçirir”. “Vətəninfo.az”ın məlumatına görə,bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini şərh edərkən dilə gətirib. “Azərbaycan Avropa qurumları ilə bir sıra böyük layihələr həyata keçirir. Ümumiyyətlə, Azərbaycan Avropa qurumları, Avropa strukturları, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlıq edir. Azərbaycan Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində də Avropa qurumları ilə əməkdaşlığa üstünlük verir. Hesab edirəm ki, bu əməkdaşlığın hər iki tərəf üçün böyük əhəmiyyəti var və bu baxımdan bu əməkdaşlığın daha da güclənməsi lazımdır. Bu, həm Azərbaycanla münasibətlərin inkişafı baxımından, həm də bu qurumun Cənubi Qafqaza yönəlik siyasəti baxımından çox əhəmiyyətlidir” – deyə, Ə.Əhmədov bildirib.
Millət vəkili hesab edir ki, Azərbaycan bu illər ərzində etibarlı tərəfdaş kimi Avropa strukturlarında və Avropa ilə əməkdaşlıqda özünü tanıda bilib. “Bu baxımdan, imzalanan sənəd bu münasibətlərin gələcək inkişafına, Azərbaycanın Avropa mərkəzlərinə inteqrasiyasına böyük töhfələr verəcək” - deyə, icra katibi qeyd edib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR