Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu - Polkovnik SİRLƏRİ AÇDI

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu - Polkovnik SİRLƏRİ AÇDI
"Bir vaxtlar Prezident yanında Xüsusi İdarənin rəisi olmuş, general-leytenant Elman Qəmbərovun qurduğu tələdən Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovu şəxsən xilas etmişəm".

Bunu Milli Qvardiyanın keçmiş komandiri, ehtiyatda olan polkovnik Əzizağa Süleymanov bildirib. 

O, hadisəni belə nəql edib:

"Elman Qəmbərovun tapşırığı ilə Xüsusi İdarənin əməkdaşları mənim tabeçiliyimdə olan Milli Qvardiya zabiti, kapitan Məmmədzadə Aydının Sumqayıt şəhərində yerləşən evindən silah sursatı tapmışdılar və dərhal bu barədə Prezident Heydər Əliyevə məruzə edilmişdi. Mən hansı əzablardan keçərək həmin silah sursatının vaxtilə kapitan Aydın Məmmədzadənin tabeçiliyində olan döyüş bölgəsində şəhd düşmüş döyüş yoldaşlarının üstündə yeganə nişanə qalan sursat olduğunu sübut etdim. 

Şəhid olanlardan biridə Ülvi adlı Milli Qəhrəman idi. Ülvü döyüş zamanı zirehli texnikanın içində yanmışdı, ondan yeganə nişan qalan zapalsız qranat idi. Aydın Məmmədzadədə səhlənkarlıq edərək həmin zapalsız qranatı Ülvüdən yadigar qalsın deyə evində saxlamışdı. O zaman Aydın Məmmədzadə könülülərdən ibarət döyüşdə iştirak edən Sumqayıt taborunun qərərgah rəisi olmuşdu. Sonradan Milli Qvardiya sıralarına cəlb edilmişdi. Aydın Məmmədzadə dilinin bəlasına düşərək bu barədə bir nəfərə  söyləmişdi. Həmin adamda kapitan Məmmədzadə Aydını Xüsusi İdarənin əməkdaşına satmışdı. 

Elman Qəmbərovun da Vaqif Axundovun yerində gözü vardı. Məmmədzadə Aydını həbs etmişdilər. Bütün bu məlumatları toplayaraq general Vaqif Axundova təqdim etdim. Sonra Vaqif Axundovun tapşırığı ilə Milli Qvardiyanın komandanı, polkovnik Tofiq Rəsulovla bərabər hava limanında ölkənin o zamanki baş prokuroru Eldar Həsənovla görüşdük. Eldar Həsənovun sayəsində Aydın Məmmədzadə məhkəmənin hökmü ilə xidmətdə qalmaq şərti ilə 3 il şərti cəza  aldı.

Sonralar məlum Xüsusi İdarə  ləğv edildi, Milli Təhlükəsizlik Nazirliyinin tərkibinə verildi (bu nazirlik də 2015-ci ildə ləğv edilib - red). Milli təhlükəsizlik naziri, general-polkovnik Namiq Abbasov Elman Qəmbərovu işdən qovdu. Vaqif Axundov da Namiq Abbasovun bacısının yoldaşını - polisdə sahə müvəkili işləyib təqaüdə göndərilmiş mayoru Xüsusi Dövlət Mühafizə Xidmətində vəzifəyə təyin edib, rütbə verdi".



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az