İnsan hüquqları üzrə müvəkkilə (ombudsman) əlavə səlahiyyətlər veriləcəkdir. “Vətəninfo.az”ın məlumatına görə, bu barədə Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin martın 29-da keçirilmiş iclasında komitənin sədri, Ziyafət Əsgərov məlumat verib. Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov deyib ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi”nə də dəyişiklik ediləcək. Onun sözlərinə görə, nizamnamənin 5-ci maddəsinin 1-ci bəndinə təklif olunan əlavəyə əsasən Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkili (ombudsman) və Milli Preventiv Qrupunun üzvləri istənilən vaxt maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən qarnizon qauptvaxtalarına daxil olub orada saxlanılan şəxslə görüşə, onların həmin yerdə saxlanılmasının qanuniliyini təsdiq edən sənədlə tanış ola bilərlər. Bundan başqa, insan hüquqları üzrə müvəkkilə qarnizon qauptvaxtalarına müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavab almaq hüququ verilir. Müzakirələr zamanı komitə üzvləri insan hüquqlarının qorunmasının daha da təkmilləşdirilməsi üçün dəyişikliyin zəruriliyini vurğulamışlar.
Sonda qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisə tövsiyə olunub.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR