Avropa mətbuatı, müsabiqə pərəstişkarları və başqa iştirakçılar “Eurovision” təmsilçimiz Elnurun finaldakı çıxışını qiymətləndirib.
Vətəninfo.az “Qafqazinfo”ya istinadla məlumat verir ki, “Eurovision”a həsr olunmuş aparıcı informasiya portalın yaradıcısı Vilyam Li Adams Azərbaycan komandasının yaratdığı perfomansdan təsirlənib:
“Azərbaycanın performansı füsunkar idi və başqa ölkələrin çıxışından çox fərqlənirdi. Elnurun çıxışı mistik və sehrli idi, fərqli stillərin miksini təşkil edən xoreoqrafiyası isə xüsusi diqqətə layiq idi”, - deyə o, bildirib.
Müsabiqənin başqa iştirakçiları Elnurun səsi və səhnə şousu barədə rəy bildiriblər.
Latviya təmsilçisi Aminata təmsiçimiz barədə açıqlama verib:
“Elnur – istedadlı və güclü vokalçıdır. Biz Riqada keçirilən promo-konsertdə tanış olduq. Artıq onda mən onun mahnısını bu ilin ən yaxşı kompozisiyası kimi qiymətləndirdim və yanılmadım. Elnurun “Eurovision” səhnəsindəki çıxışı çox gözəl idi”.
Avstraliya nümayəndəsi və bu ölkənin pop-müsiqisinin super-ulduzu Qay Sebastyan isə həm Elnurun səhnədə nümayiş etdiyi güclü opera vokalına, həm də ki perfomansına heyran olduğunu açıqlayıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR