Emin Ağalarov hədiyyə etdi, Brilliant duet oxudu

Emin Ağalarov hədiyyə etdi, Brilliant duet oxudu

Emin Ağalarovun qarmon hədiyyə etdiyi, gözdən əlil ANS-in efirində Brilliant Dadaşova ilə duet oxudu
Belə ki, aparıcı 15 yaşlı gözdən əlil NurlanƏhmədovu, çəkiliş məkanına dəvət edərək, onun istedadını tamaşaçılara göstərib. Nurlanın oxumaq qabiliyyəti ilə yanaşı, tamaşaçılar onu qarmon ifaçısı kimi də tanıyıblar. Verilişin qonaqları Brilliant Dadaşova və Akif İslamzadə də, Nurlana xeyir dua verib, ona bu yolda uğurlar arzu edib. Hətta Nurlanın dedikləri Brilliant Dadaşovanın göz yaşlarına səbəb olub və o üzünü imkanlışəxslərə tutaraq, bu cür istedadlı və köməyə ehtiyacı olan gənclərə kömək olmalarını istəyib. Növbəti müracət isə verilişin aparıcısı Zaur Nəbioğlu tərəfindən səslənib, o el şənliklərinə, tədbilərə gedən müğənnilərə, təşkilatçılara səslənərək Nurlana işlər bağlı kömək olmalarını istəyib.Verilişdə yayımlanan sujetdə Nurlanın qarmon ifa etmə bacarıgını lakin o qarmonu ala bilmədiyini eşidən, dünyaca məşhur həmyerlimiz bəstəkar-müğənni Emin Ağalarovun, ona qarmon hədiyyə etməsi barədə də sujet yayımlanıb. Həmin sujetdə Emin özü Nurlana etdiyi video müraciətdə, illər əvvəl onunla birgə duetlərini xatırlayıb.
Qeyd edək ki, illər əvvəl Nurlan Moskvada keçirilən «Белая Трость» adlı, 3 cü beynəlxalq festivalda Emin Ağalarovla duet ifa edib. Verilişdə Nurlan Emin Ağalarovun ona hədiyyə etdiyi qarmonda musiqi səsləndirib, Akif İslamzadənin repertuarından mahnı və Brilliant Dadaşova ilə duet də oxuyub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az