Müğənni-bəstəkar Emin məşhur “Amor” mahnısının rus dilində olan versiyasına çəkdirdiyi klipi təqdim edib.
.
Axşam.az-ın məlumatına görə, bu ekran işində də “Kainat gözəli” Oliviya Kalpo çəkilib.
Çəkilişlər bu dəfə Moskvada, “Krokus Ekspo”da baş tutub. Klipi ingilis dilində olan versiyanı lentə alan yaradıcı heyət çəkib.
Emin rusiyanın “Woman.ru” internet portalına müsahibəsində ekran işini açıq havada çəkməyi planlaşdırsa da soyuq və yağış buna imkan vermədiyini deyib. Müxbirin suallarını cavablandıran Emin mahnını rus dilinə tərcümə etməsindən danışıb:
“Rusiyada bir neçə radio verilişinə qonaq oldum. Mahnını çox bəyəndilər, amma rus dilində olmamasına təəssüfləndilər. Bu da məni düşündürdü. Londondan Moskvaya uçanda bəstəni rus dilinə çevirdim. Düzdür, bəzi çətinliklər oldu, amma nəticə pis alınmadı. İlk klip sevgidən bəhs edirdi, burada isə artıq hisslərin azaldığı göstərilir”.
yib.
Müğənninin yeni klipini təqdim edirik.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR