Avropanın ən nüfuzlu futbol turnirlərindən olan Çempionlar Liqasında bu gün üçüncü mərhələnin ilk oyunlarına start veriləcək.
Vətəninfo.az ANSPRESS-ə istinadla xəbər verir ki, təmsilçimiz "Qarabağ"ın da mübarizə aparacağı turnirin ilk oyun günündə 9 qarşılaşma olacaq. Ölkəmizdə kifayət qədər azarkeşi olan Türkiyənin "Fənərbaxça” klubu da bu gün meydana çıxır. İstanbulluların rəqibi Ukraynanın ən titullu komandası "Şaxtyor”dur. Görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Ümumilikdə bu gün keçiriləcək oyunların təqvimi belədir:
21:15. MOİK (Rusiya) - "Sparta” (Çexiya)
22:00. "Midtyulland” (Danimarka) - APOEL (Kipr)
22:00. "Milsami” (Moldova) - "Skenderbeu” (Albaniya)
22:30. "Makkabi” (Təl-Əviv, İsrail) - "Viktoriya” (Çexiya)
23:00. "Fənərbaxça” (Türkiyə) - "Şaxtyor” (Ukrayna)
23:00. "Panatinaikos” (Yunanıstan) - "Brügge” (Belçika)
23:15. "Yanq Boyz” (İsveçrə) - "Monako” (Fransa)
23:30. "Videoton” (Macarıstan) - BATE (Belarus)
00:00. "Dinamo” (Xorvatiya) - "Molde” (Norveç)
1956-cı ildən keçirilən turniri ən çox qazanan komanda (10 dəfə) İspaniyanın "Real" ( Madrid) klubudur. İtaliyanın "Milan" klubu 7, Almaniyanın "Bayern", İspaniyanın "Barselona" və İngiltərənin "Liverpul" klubu kuboka 5 dəfə sahib çıxıblar.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL