Əmrah ailəsinə bıçaqla hücum edənlərdən intiqamını belə alır
Müğənni Əmrah Bodrumdakı evində ailəsinə bıçaqla hücum edən qonşularından intiqam almağın yolunu tapıb.
Vətəninfo.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni 28 villanın yerləşdiyi
yaşayış kompleksini satın alaraq qonşularını evlərindən çıxarmaq
fikrindədir. Bunun üçün Əmrah hətta qonşu olduğu iş adamı Yılmaz Dədə
ilə ortaq razılığa gəlib və kompleksi tamamilə əldə etmək üçün hərəkətə
keçib.
İfaçı bundan ötrü 6,5 milyon dollarından keçməli olacaq.
Bununla da, Əmrah həm ailəsinin intiqamını alacaq, həm də daşınmaz əmlak
sahəsindəki yatırımlarını daha da genişləndirmiş olacaq.
