Səudiyyə Ərəbistanı bu vəsaiti Ukraynanın aqrar sektoru üçün verir
Vətəninfo.az-ın "İnterfaks"a istinadla verdiyi xəbərə görə, bunu Ukraynanın ərzaq və aqrar siyasəti üzrə nazir Aleksey Pavlenko bildirib.
O, ölkənin aqrar siysətindən danışaraq deyib ki, ərəb dövlətlərinin, o cümlədən Səudiyyə Ərəbistanının şirkətləri ölkənin irriqasiya sisteminə sərmayə qoymağa hazırdır: "Suvarma sistemlərinin əsas hissəsi dövlətə aiddir. Hər şeydən əvvəl sərmayənin hara qoyulmasını müəyyən etmək lazımdır."
Onun sözlərinə görə, suvarma üzrə investisiya layihələrinin reallaşdırılması məsələsi Dünya Bankı ilə danışıqlar çərçivəsində müzakirə edilir. Bank birgə maliyyələşmə şərtləri daxilində bu prosesdə iştirak etməyə hazırdır.
Nazir vurğulayıb ki, indi Ukrayna hökumətində Avropa İttifaqı ölkələrinə kənd təsərrüfatı məhsullarının ixrac üçün kvotasının artırılması məsələsinə baxılır.
Xatırladaq ki, bu il yanvarın 27-də Avropa İttifaqı ölkələrinin maliyyə nazirləri Ukraynaya 1,8 milyard avro kredit ayrılmasına razılıq veriblər. Ümumiyyətləı, borc öhdəlikləri də daxil olmaqla Kiyevə 15 milyard dollar lazımdır. Ötən ildə Avropa İttifaqı Ukraynaya 1,4 milyard avro maliyyə köməyi göstərib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR