Bu sözləri “Vətəninfo.az”a Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin elmi əməkdaşı, siyasi şərhçi Ərəstun Baxşəliyev bildirdi: “Ola bilər ki, Ermənistan tərəfi bu günki durumda, yəni Qarabağın və bəzi ətraf rayonların işğalı durumunda özünü hardasa "qalib" görsün. Ancaq bu heç də belə deyil. Ermənistan tərəfi bu məsələnin həllinə yönəli nə qədər tez addım atmış olardısa, bir o qədər çox şans əldə etmiş olardı. Bu gün Ermənistan Azərbaycanın bilavasitə təşkilatçılığı ilə gerçəkləşdirilən layihələrdən kənarda qalıb. İqtisadiyyatı tamamilə iflasa uğrayıb, insanları demək olar ki, ölkəni tərk edib, demoqrafik vəziyyət olduqca acınacaqlıdır. Əvəzində isə Azərbaycan həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən bir xeyli güclənib. Bu gün istənilən anda öz torpaqlarını işğaldan azad edə biləcək, güclü Azərbayca ordusu var”-deyə,politoloq qeyd etdi.
“Əslində, Ermənistan üçün bu gün də gec olmayan bəzi nüanslar var ki, Ermənistan bununla düşmüş olduğu ağır durumdan çıxa bilər. Bunun yolu isə birmənalı olaraq, işğal altına alınmış torpaqların azad olunmasından keçir. Bu addımların atılmasında da əgər gec qalınarsa, onda Ermənistan həm məğlubiyyətli müharibə, həm də iqtisadi tənəzzül ilə üz-üzə qalmaq durumuna düşəcək”-,Ə.Baxşəliyev söylədi.
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR