Beynəlxalq Qızıl Xaç Komitəsi əsir düşmüş erməni kəşfiyyat-təxribat qrupunun üzvü Arsen Baqdasaryanla bağlı məsələni diqqətdə saxlayır.
Anspress-in məlumatına görə, bu barədə erməni tərəfi məlumat yayıb. "Komitə hadisələri izləyir. Biz hər iki tərəflə dialoq aparırıq", - deyə Beynəlxalq Qızıl Xaç Komitəsinin İrəvan nümayəndəliyinin rəhbəri Zara Amatuni bildirib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, 26 dekabr axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı əvvəlcədən aşkar edilərək alınıb. Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü peşəkar hərbi qulluqçu, ilkin məlumata görə Baqdasaryan Arsen Eduardoviç əsir olaraq ələ keçirilib.
Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR