Tovuzun Əlibəyi kəndi bu dəfə vəhşi itin hücumuna məruz qalıb.
Vətəninfo.az xəbər verir ki, Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayev ANS PRESS-ə verdiyi açıqlamasında bildirib ki, atəşkəsin mütəmadi olaraq pozulduğu kəndə hücum edən vəhşi it 4 sakini yaralayıb.
Onun sözlərinə görə, 42 yaşlı Əli Hüseynov, 50 yaşlı Müzəffər Məmmədov, 64 yaşlı Göyçək Mehdiyeva və onun 74 yaşlı həyat yoldaşı Həsənəli Allaverdiyev vəhşi itin hücumuna məruz qalıb.
İcra nümayəndəsinin sözlərinə görə, kəndə hücum edən vəhşi it Ermənistan ərazisindən keçdiyi şübhə doğurmur: "Kənd camaatı indiyə kimi bu cür vəhşi itə rast gəlməyiblər".
Valeh Rzayev yaralanan kənd sakinlərinə müvafiq tibbi yardımın göstərildiyini bildirməklə yanaşı, vəhşi itin də öldürüldüyünü sözlərinə əlavə edib: "Qorxulu bir şey yoxdur".
Qeyd edək ki, vəhşi it kənd sakinlərini mal-qarasını da yaralayıb.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR