Vətəninfo.az xəbər verir ki, ötən gecə Erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində Tovuz rayon Hacallı kənd sakini yaralanıb. Kənd sakinlərinin APA-nın qərb bürosuna verilən məlumata görə, səhər və axşam fasilələrlə Tovuzun Hacallı kəndi atəşə tutulub. Nəticədə kənd sakini 30 yaşlı Elnur Quliyev qolundan və ayağından güllə yarası alıb. Dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən E.Quliyevin vəziyyətinin normal olduğu bildirilir.
Məlumata görə, əqli qüsuru olan E. Quliyev düşmən postlarına yaxın ərazisində hündür təpəyə çıxarkən ona atəş açılıb. Erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində rayonun Əlibəyli kəndində Abdulla Ələsgərovun həyətindəki iribuynuzlu heyvan ağır yaralanıb.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR