Mayın 20-də “Hayastan” ümumerməni fondunun əməkdaşları Dağlıq Qarabağ ərazisinə səfər ediblər. Vətəninfo.az Modern.az-a istinadən xəbər verir ki, onlar dəhşətli qətliamın yaşandığı Xocalıda uşaq bağçasının açılış mərasimində iştirak ediblər. 420 kvadrat metr sahəyə malik bağça sentyabr ayında 70 uşağı qəbul edəcək.
Tikinti işləri “Hayastan” fondunun Kanadanın Toronto şəhərində yerləşən filialı tərəfindən maliyyələşdirilib. Filialın sədri Mkrtıç Mrktçyan uşaq bağçasının yanında Xocalı qəsəbəsinin icma mərkəzinin də tikildiyini xəbər verib. İkimərtəbəli icma mərkəzində qəsəbə nümayəndəliyi, kompüter otağı, kitabxana, tibb otağı və akt zalı yerləşəcək.
Mkrtçyan bu addımla Qarabağ müharibəsi zamanı viran edilən Xocalıya “ikinci nəfəs” vermək istədiklərini deyib.
Azərbaycan torpaqlarının işğalında iştirak edən Xristofor İvanyanun şərəfinə “İvanyan” adı verilən Xocalıda hazırda 1400 nəfər gəlmə erməni yaşayır.
Erməni silahlı birləşmələri 1992-ci il fevralın 26-da Xocalıda dinc azərbaycanlılara qarşı dəhşətli soyqırımı həyata keçirib, daimi sakinləri tarixi dədə-baba torpaqlarında didərgin salıblar.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR