İrəvanda Azərbaycanla sərhədlərin açılması tələbi ilə mitinq keçiriləcək
Qarabağı işğal etmiş Ermənistanda vəziyyət gözlənilmədən qarışmağa başlayıb. Erməni mətbuatı xəbər verir ki, artıq işğalçı ölkənin paytaxtında Azərbaycanla sərhədlərin açılması tələbi ilə aksiyaların keçiriləcəyinə dair məlumatlar yayılmaqdadır.
Məlumatlarda vurğulanır ki, erməni əhalisi Azərbaycanla sərhədlər açılmadan ərzaq və digər təminatlarını ucuz qiymətə ödəyə bilməyəcəklərini bəyan edirlər. Bu məsələdə israrlı olan təşkilatların sayı isə artmağa başlayıb. Lakin Azərbaycanla sərhədlərin açılmasını tələb edən İrəvan əhalisinin Qarabağın geri qaytarılması məsələsi ilə bağlı mövqeyi tam aydın deyil. Bəziləri Dağlıq Qarabağın saxlanılmasını, ətraf rayonların geri verilməsi fikrini dəstəkləyir. Bir qism isə ümumiyyətlə, Qarabağın bütünlüklə Azərbaycanın nəzarəti altına verilməsi təşəbbüsünü irəli sürür.
Erməni ekspertlər isə bununla bağlı bəyan edir ki, vəziyyətin gözlənilmədən belə bir şəkil alması səbəbsiz deyil. Onlar hazırkı Sərkisyan hakimiyyətini ittiham edərək, onların apardıqları yarıtmaz siyasətin nəticəsi kimi bunu qəbul edirlər. Ekspertlərin qənaətinə görə, sosial və iqtisadi problemlər içində boğulan erməni xalqı Azərbaycanla münasibətlər yaxşılaşacağı təqdirdə, vəziyyətlərinin düzələcəyinə daha çox inanırlar.
Demokratiya.info
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR