Ermənilərin növbəti "5 rayon qaytarılır" oyunu - Aşotyan

Ermənilərin növbəti

Ermənistanın keçmiş təhsil və elm naziri Armen Aşotyan Feysbuk hesabında sensasion xarakterli paylaşım edib.

Axar.az xəbər verir ki, Aşotyan Ermənistan rəhbərliyinin işğal altındakı 5 rayonu qaytarmağa hazırlaşdığını iddia edib.

"Mən sadəcə yazıram ki, sonradan "bizə xəbərdarlıq edilməyib” deməsinlər”, - keçmiş nazir deyib.

Onun sözlərinə görə, baş nazir və XİN rəhbəri Qarabağın təhlükəsizliyi və statusu barədə qəti zəmanət verilmədən 5 rayonun qaytarılması ilə bağlı qəfil qərar qəbul edə bilməzlər.

Aşotyan Ermənistanın hazırkı rəhbərliyinə müraciət edərək yazıb: "Bizim xalqımız və ölkəmizlə zarafat etməyin. Xalq və biz bağışlamayacağıq, qəbul etməyəcəyik və etiraz edəcəyik”.

Qeyd edək ki, bu, Ermənistan siyasilərinin növbəti oyunudur və guya torpaqların işğaldan azad edilməsinə etirazlarıdır. Azərbaycan Prezidenti bu məsələ ilə bağlı mövqeyini qəti şəkildə ortaya qoyub: "Dağlıq Qarabağ Azərbaycandır və nida!"

Beş və ya yeddi rayon deyil, işğaldakı bütün torpaqların geri qayıtması və Azərbaycanın ərazi bütövlüyünün təminatı müzakirə mövzusudur.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az