“Euronews” televiziya kanalında fransız jurnalist Monika Pinnanın təqdimatındakı “Life” verilişində Azərbaycanın müxtəlif şəhərlərinə həsr olunmuş “Azərbaycan həyatı” adlı silsilə videosüjetlər təqdim olunur.
Növbəti veriliş Göygöl şəhərinə həsr edilib. Verilişdə XIX əsrin birinci yarısı və XX əsrin əvvəllərinədək 200 mindən çox etnik almanın Azərbaycana köçməsindən danışılır. İlk alman tayfalarının məskunlaşdığı və xaricilər tərəfindən yaradılan ilk Azərbaycan kəndi Helenendorfa həsr olunmuş verilişdə XX əsrdən etibarən buranın Göygöl adlandırıldığı və burada hələ də alman mədəniyyətinin izlərinin qaldığı bildirilir.
Hazırda şəhərdə almanın qalmadığını vurğulayan Monika Pinna icmanın son nümayəndəsi Viktor Klyaynın evinə səfər edib. Bu evin gələcəkdə azərbaycanlı almanlara həsr ediləcək muzey olacağı bildirilib.
Almanların əsasən, şərabçılıqla məşğul olduqlarını vurğulanan verilişdə burada 1860-cı ildə ilk sənaye şərab zavodunun əsasının qoyulduğu qeyd olunub.
Verilişin sonunda növbəti buraxılışın Lahıca həsr olunacağı bildirilir.
APA
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR