“Eurovision-2016” bu şəhərdə keçiriləcək

“Eurovision-2016” bu şəhərdə keçiriləcək
"Eurovision-2016” musiqi yarışması İsveçin paytaxtı Stokholm şəhərində keçiriləcək.
AzNews.az xəbər verir ki, bu haqda məlumat "Evrovision.tv” saytında yer alıb.
Məlumata görə, yarışın "Qloub” arenasında baş tutacağı bəlli olub.
Yarımfinallar mayın 10 və 12-də, final isə mayın 14-də olacaq.
Qeyd edək ki, bu ilin may ayında Avstriyada keçirilən "Eurovision-2015”in qalibi isveçli müğənni Mons Selmerlev olub.
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az