Bir neçə gün əvvəl ata yurdu yanıb kül olan müğənni Şəhriyar Məhərrəmovu bu dəfə rayon rəhbərliyi yandırıb-yaxıb. Ümid yeri kimi üz tutduqları Kürdəmir rayon icra başçısı Ceyhun Cəfərov onları kömək əvəzinə otağından qovub.
Müğənninin atası, Yenikənd kənd orta məktəbinin müəllimi Tofiq Məhərrəmov Milli.Az-a müraciət edib ki, 7 nəfər ailə üzvünün yaşadığı qəzalı evi bir neçə gün əvvəl yanıb. Ev yanmazdan qabaq qəzalı vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edib. Heç bir tədbir görülməyib. Artıq həmin ev də yanaraq məhv olub. Düz 65 il öncə məhəllənin ən çökək yerində tikilən ev sırf diqqətsizliyin güdazına gedib.
Dünən də ailə üzvləri ilə basçı C.Cəfərovun qəbulunda olublar. Başçı bildirib ki, evin bərpası üçün ayıracaq vəsaiti yoxdur. Gedin, kənd camaatı pul yığıb evi tiksin. Sonra isə kobud şəkildə onları otağından qovub.
Vətəninfo.az xəbər verir ki, rayon icra başçısı C.Cəfərov Milli.Az-a köməkçisi Mirmahmud Mahmudov vasitəsilə həmin ailənin qəbulunda olmasını təsdiqləyib. Onlara bildirildi ki, həmin ev sığortalı olmayıb. İllik 30 manat məbləğində sığorta olunmış ev olsaydı... İcra hakimiyyətinin həmin evin təmiri üçün ayrılacaq vəsaiti yoxdur.
M.Mahmudov həmin ailənin otaqdan qovulmasını isə yalan adlandırdı.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL