“Facebook”da problem yarandı

“Facebook”da problem yarandı

Dünyanın ən böyük sosial şəbəkələrindən olan "Facebook”da bir sıra problemlər yaranıb.

Vətəninfo.az Publika.az-a istinadla xəbər verir ki, artıq 2 gündür bu sosial şəbəkədə təhlükəli viruslar yayılıb. Viruslar o qədər güclüdür ki, hətta bir sıra istifadəçilərin profillərinin parolları onların vasitəsilə ələ keçirilib.

 

Bütün bunlar bir yana, istifadəçilərin profillərindən əxlaqsız videoçarxlar yayılmaqdadır. Videoçarxlar yalnız profil istifadəçiləri üçün yox, onları izləyənlər üçün də təhlükəlidir. Maraqlıdır ki, sahə üzrə ekspertlər bununla bağlı əvvəldən xəbərdarlıq etməyə macal tapmayıblar.

 

Qeyd edək ki, profillərinə virus düşənlər arasında ölkəmizin tanınmış şəxsləri kifayət qədərdir.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az