“Fəlakət”in xəstəxanadan fotoları
"Bozbash pictures”in aktyoru, Fəlakət obrazını canlandıran Elşən Orucov əməliyyat olunub.
Vətəninfo.az-ın Axşam.az-a istinadla məlumatına görə, aktyorun xəstəxanadan şəkillərini dostları sosial şəbəkədə paylaşıb.
Müğənni
Zamiq Hüseynov şəklə "Allah şəfa versin, yastığı yüngül olsun. Amma
dəqiq bilmədim əməliyyatda nəyi kəsiblər” deyə, bildirib.
Aparıcı Afaq Gəncəli isə E.Orucovun səhhətinin yaxşı olduğunu vurğulayıb.
Aparıcı
Samir Bayramlı isə "Şükür Allaha hər şey yaxşıdır. Elşənə görə narahat
olanlar, biz burdayıq. Hər şey yolundadır” deyə, əlavə edib.
Qeyd
edək ki, "Axırıncı yol” adlanan kinokomediyanın İsmayıllı rayonunda baş
tutan çəkilişi zamanı Elşən Orucovu kəskin sancılar tutub. Dərhal
hadisə yerinə gələn təcili tibbi yardım briqadası ilkin tibbi yardım
göstərdikdən sonra o, Bakıya çatdırılıb.