“Fənərbağça”dan ŞOK TRANSFER

“Fənərbağça”dan ŞOK TRANSFER
Türkiyənin "Fənərbağça” futbol klubu Brazilya milli komandasının tanınmış hücumçusu, hazırda Rusiyanın "Zenit” klubunda oynayan Halkla bağlı transfer danışıqlarına başlayıb.
 
Publika.az xarici mediaya istinadən xəbər verir ki, "Fənərbağça” klubu hollandiyalı ulduz futbolçu Robin van Persini brazilaylı Halkla əvəzləməyi düşünür.
 
Hətta, Türkiyə mediası yazır ki, "Fənərbağça” klubunun portuqaliyalı baş məşqçisi Vitor Pereira Robin van Persiyə tezliklə özünə klub tapmağı söyləyib. Odur ki, Robin van Persinin "Fənərbağça”da qalacağı sual doğurur.
 
Əvəzində isə Vitor Pereira deyib ki, o, "Porto” klubunda baş məçşqçilik edən zaman da brazilaylı ulduz Halkın oyunundan məmnun qalıb.
 
Hazırda Halkın transferi üçün Rusiyanın "Zenit” klubu ilə danışıqlar gedir. Yaxın vaxtlarda danışıqların nəticəsi məlum olacaq.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az