Avropa İttifaqı Türkiyədə polisin prezident Rəcəp Tayyib Ərdoğanın rəqibi Fətullah Gülən tərəfdarı olan 24 nəfəri həbs etməsi ilə nəticələn reydlərini qınayıb.
Publika.az-ın məlumatına görə, Aİ bunun media azadlığı prinsipləri ilə bir araya gəlmədiyin bildirib. Avropa ittifaqının açıqlamasında reydlərin Türkiyənin də üzvü olmaq istədiyi Avropa dəyərləri və standartlarına zidd olduğu deyilir.
ABŞ Dövlət Departamenti də Türkiyədə bu gün polis reydləri və həbslərlə bağlı narahatlığını ifadə edib. Dövlət Departamentinin bəyanatında deyilir ki, sağlam demokratiyanın əsas elementləri olan media azadlığı və ədalətli məhkəmə sistemi Türkiyənin öz konstitusiyası ilə təsbit olunub. “Türkiyənin dostu və müttəfiqi kimi Türkiyə rəsmilərini onların hərəkətlərinin bu fundamental prinsipləri və Türkiyənin özünün fundamental əsaslarını pozmadığını təmin etməyə çağırırıq”-deyə Dövlət Departamentinin bəyanatında deyilir.
Türkiyə polisinin bazar günü həbs etdiyi media nümayəndələri arasında Zaman qəzetinin baş redaktoru Ekrem Dumanlı və Samanyolu televiziya şəbəkəsinin rəhbəri Hidayet Karaca da var.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR