"Mənə çox yaxşı münasibət göstərən azərbaycanlılar var".
Erməni güləşçi Miqran Arutyunyan (66kq) Bakı-2015-in finalında rus güləşçi Artyom Surkova məğlubiyyətdən sonra təəssüratları ilə bölüşüb.
Məlumata görə, güləşçi bildirib ki, final oyunu çox ağır keçib.
“Mən psixoloji olaraq final qarşılaşmasına hazır idim. Ancaq final döyüşü mənim üçün ən ağır döyüş olmadı. Ən ağır döyüşüm azərbaycanlı Həsən Əliyev və serb Maksimoviçə qarşı olan döyüşlər idi. Onların hər ikisi çox güclü döyüşçülərdir”, - deyə Miqran Arutyunyan bildirib.
Erməni idmançı bildirib ki, Bakı-2015 haqda təəssüratlarının çox yaxşı olduğunu bildirib. “Buraya mənə böyük etiraz olacağını bilə-bilə gəldim. Bundan başqa mənə çox yaxşı münasibət göstərən azərbaycanlılar var. Onlara təşəkkür edirəm”, - deyə Arutyunyan bildirib. (Oxu.Az)
Qeyd edək ki, Miqran Arutyunyan Bakı-2015-də gümüş medal qazanıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL