Vətəninfo.az xəbər verir ki, gecə Bakıda 22 yaşlı gənc kirayədə qaldığı evdə həyatına qəsd edib. Hadisə Nərimanov rayonu 40-cı Rezervuar küçəsində qeydə alınıb. Hadisə zamanı Cəlilabad rayonu Günəşli kənd sakini 1992-ci il təvəllüdlü Əliyev Röyal Elbrus oğlu kirayə yaşadığı evdə həyatına qəsd edib. Qonşuların verdiyi məlumata görə, Röyal Əliyev ailəli olsa da bu ünvanda qardaşı ilə kirayədə qalırmış. Kirayə yaşadığı evin yaxınlığında tikintidə fəhlə işləyən mərhumun ailəsi isə hadisə zamanı Cəlilabad rayonunda olub.
Hadisədən sonra əraziyə Nərimanov rayon polis idarəsinin 17-ci polis bölməsi və rayon prokurorluğunun əməkaşları cəlb olunub. Meyit ekspertizadan keçrilməsi üçün morqa aparılıb. 22 yaşlı Röyal Əliyevin nə səbəbdən canına qəsd etdiyi isə hələlik məlum deyil. Hadisə ilə bağlı Nərimanov rayon prokurluğunda araşdırma aparılır. Bu araşdırmalarda sonra gəncin canına qıymasının səbəbləri məlum olacaq.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR