Docenko Davud İvanoviç avtomobili idarə edərkən sərxoş olub
Gəncə şəhər Təmizlik İdarəsinin işçisini maşın vurub. Vətəninfo.az xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə hadisə iyunun 28-də saat 21 radələrində şəhərin Zülfi Haçıyev küçəsində baş verib. Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Docenko Davud İvanoviç idarə etdiyi “VAZ 2107” markalı avtomobillə idarəetməni itirib və maşını yolun kənarında olan barıya çırpıb. Daha sonra avtomobil yolda təmizlik aparan, Gəncə şəhər Təmizlik İdarəsinin işçisi, 1948-ci il təvəllüdlü Humay Musayevanı vurub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirirlər.
Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə Docenko Davud İvanoviç avtomobili idarə edərkən sərxoş olub.
Faktla bağlı araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR