Generaldan jurnalistə: "Siz kimsiniz ki, mənə zəng etmisiniz?"

Generaldan jurnalistə:
Azərbaycana yeni hərbi prokuror təyin edildikdən sonra bu qurumda çalışmış yüksək vəzifəli şəxslər yola salınır və ya yeni təyinatlar həyata keçirilir. Bir neçə gündür, Hərbi Prokurorun birinci müavini, general-mayor Şəfahət İmranovun vəzifəsindən azad olunacağı ilə bağlı xəbərlər yayılıb.

Miq.az xəbər verir ki, manset.az Hərbi Prokurorun birinci müavini, general-mayor Şəfahət İmranovla əlaqə saxlayıb.

Ş.İmranov ona ünvanlanan suallara cavab vermək əvəzinə, sərt ifadələr işlədib:

"Siz kimsiniz ki, mənə zəng etmisiniz? Vəzifəyə nə vaxt təyin olunub, nə vaxt azad olunacağımla bağlı mənə ağıl öyrətməyin. Nə deyə bilərəm, nə deyə bilmərəm özüm bilərəm. İşinizlə məşğul olun" - deyə general bildirib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az