Vətəninfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları paytaxtda fəaliyyət göstərən qumarxana fəaliyyətinin qarşısını alıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu istiqamətdə keçirilən növbəti əməliyyat axtarış tədbirləri nəticəsində Səbayel rayon Bayıl qəsəbəsində yerləşən kafedə “poker” kart oyunları təşkil olunması müəyyən edilib. Araşdırmalarla məlum olub ki, obyekti Səbayel rayon sakini, 31 yaşlı Elşad Kərimov kirayəyə götürüb və qumar oyunları təşkil edib.
Elşad Kərimov tanışı, 52 yaşlı Mahir Əsədovu da ətrafına cəlb edərək qumar oyunlarına nəzarət etməyi ona tapşırıb. Hər gün axşam saatlarından başlayan qumar oyunları gecə saatlarınadək davam edib və uduşdan əldə edilən pulların bir hissəsi obyekt sahiblərinə çatıb. Qumarxanaya baxış zamanı oyun kartları və qumar oyunlarına qoyulmuş külli miqdarda pul vəsaiti aşkar edilərək maddi sübut kimi götürülüb. Qumar oyunlarında iştirak edən şəxslər, eləcə də oyunların təşkilatçılığında təqsirli bilinən 2 nəfər barəsində qanunla müəyyən olunmuş qaydada tədbir görülüb.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR