Sözləri jurnalist Alim Nəbioğluna, musiqisi bəstəkar-müğənni Arif Səlimova məxsus “Günahsız günahkaram, günahımı bilmirəm” adlı mahnı həyata vəsiqə aldı. Səbəbsiz gedişlərdən, səbəbsiz ayrılıqlardan bəhs edən mahnını elə bəstəkar özü ifa edib. Mahnının aranjimanı Arzu Abbasovaya məxsusdur. Mahnı bəstəkarın doğum günü - 23 dekabrda nüfuzlu konsert salonlarının birində səslənəcək. Başı Xəzər TV-də efirə gedən “Ləziz dad” verilişinə qarışan bəstəkarla əlaqə saxlamaq istəsək də, telefonuna zəng çatmadı. Özünü həm də bir aşpaz kimi sınayan bəstəkar-müğənni gərgin çəkilişlərdən sonra yəqin mahnının yaranma tarixi ilə bağlı açıqlama verəcək.
Araz Hacıyev
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR