Təbrizin Səhənd stadionunda “Traxtur”la Xuzistanın “Fulad” futbol taqımları arasında keçirilən oyun təbrizlilərin qələbəsi ilə sona çatıb. İran üzrə futbol klublarının superliqa oyunlaırnın 30-cu həftəsində keçirilən oyunda “Traxtur” tərəfindən 2 qol vurulub. Bununla da “Traxtur-Fulad” müsabiqəsi (2 - 0) hesabı ilə Təbriz komandasının xeyrinə yekunlaşıb. Qeyd edək ki, “Traxtur” bu qələbədən sonra 56 imtiyaza malik oldu və cədvəlin 2-ci yerinə yüksəlib. Təbrizin Səhənd stadionunda “Salar Turi və Vəhid Həbib Çeşməni” azad edin" şüarları yazılan vərəqələr də yayılıb. Qeyd edək ki, Salar Turi və Vəhid Həbib Çeşmə Dünya Ana Dili günü 2012-ci il fevralın 21-də Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıblar. Onlar hazırda 50 gündür Təbrizin mərkəzi zindanında saxlanılır. Bu arada Təbriz məhkəməsi azərbaycanlı fəal Həsən Ərki 50 zərbə şallağa məhkum edib. Həsən Ərk İslam Cümhuriyyətinin rəhbəri və Şərqi Azərbaycan əyalətinin polis qüvvələrinə qarşı böhtan deməkdə ittiham edilərək, dəfələrlə mühakimə olunub və nəhayət 50 zərbə şallağa məhkum edilib. Həsən Ərkin barəsində irəli sürülən ittihamlar onun vaxtı ilə GünAz. TV ilə danışdığı üçündür. Ərkin vəkili bəyan edib ki, müvəkkili barədə çıxarılan qərarın heç bir qanuni izahı yoxdur. Ona görə ki, Ərkin işarə etdiyi məqamlar mətbuatda yayılıb və o, mətbuata istinadən danışıb.
“müsavat.com”
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?