Həmin ərazi azərbaycanlıların yaşadığı Qaraçöp mahalına məxsus olub
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qaraçöpün (Saqareco rayonu) Yor-Muğanlı kəndinin “Acı Dərə” deyilən ərazisində Amerikanın “PRONTERA” şirkəti tərəfindən tapılmış qaz yatağından "mavi yanacağ"ın hasilatına başlanılıb. Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, tədbirdə ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norland da iştirak edib.
Şirkətin icraçı direktoru Stiv Nikadros jurnalistlərə açıqlamasında onun rəhbərlik etdiyi “PRONTERA” şirkətinin 1997-ci ildən Gürcüstanda fəaliyyət göstərdiyini və təbii qaz tapılan yerdə 2011-ci ildən kəşfiyyat işlərinin aparıldığını bildirib: “Bu gün tarixi hadisədir. Biz indiyədək Gürcüstana 400 milyon dollar investisiya yatırmışıq. Bu investisiyanın nəticəsi olaraq, biz bu gün 42 milyard kubmetr qaz ehtiyatı olan yatağın ilk məhsulunu boruya ötürdük. İnanıram ki, bu tapıntı gələcəkdə Gürcüstanın qaz hasilatı sahəsində müstəqil olmasına böyük imkanlar yaradacaq”.
ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norland çıxışında Gürcüstanın gələcəkdə qaz ixrac edən ölkəyə çevriləcəyini qeyd edib.
Vətəninfo.az xəbər verir ki, həmin torpaqlar Qaraçöp sakinlərinin otlaq və əkin sahələri olub. Saakaşvili hakimiyyəti dövründə əhalidən xəbərsiz ərazi xarici şirkətə satılıb.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR