Keçən illə müqayisədə 2014-cü ildə Gürcüstanın avtomobil ixracatı 146 milyon ABŞ dolları həcmində azalıb.
Gürcüstanın Statistika İdarəsinin məlumatına görə, 2014-cü ildə ölkədən 492 milyon dollar həcmində avtomobil ixrac olunub. Bu da 2013-cü illə müqayisədə 23 faiz və ya 146 milyon dollar azdır.
Məlumatda deyilir ki, Gürcüstanın ən böyük avtomobil idxalatçısı Azərbaycandır. Azərbaycanda qəbul olunmuş yeni qaydalara əsasən 2006-cı ilə qədər olan avtomobillərin idxalına qoyulan qadağa nəticəsində bu ölkəyə avtomobil ixracı əsaslı surətdə azalıb.
Ümumiyyətlə Gürcüstanın ticarət tərəfdaşları sırasında Azərbaycan 19 faizlə birinci yerdədir. Sonrakı yerlərdə 10 faizlə Ermənistan, 9,7 faizlə Rusiya, 8,3 faizlə Türkiyə gəlir. Ötən illə müqayisədə 2014-cü ildə Gürcüstanın Rusiya, Türkiyə, ABŞ və Çinlə ticarət dövriyyəsi xeyli artıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR