Vətəninfo.az xəbər verir ki, Bakıda törədilən qətlin üstü açılıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyulun 25-də Q.Qarayev prospektində üzərində zor əlaməti görünən (baş nahiyəsinin küt alətlə əzilmiş xəsarət olan) təxminən 35-40 yaşlarında naməlum kişi meyiti aşkar edilib. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, BŞBPİ-nin Cinayət Axtarış İdarəsi, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi və Rayon Prokurorluğu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qətlə yetirilən şəxsin Gürcüstan vətəndaşı, 1966-cı il təvəllüdlü Zviadi Kentçoşvili olduğu müəyyən edilib. Hadisəni törədən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Emil Xudaverdiyev isə respublikadan qaçmaq istəyərkən Qazax sərhəd keçid məntəqəsində saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, iyulun 25-də metronun “Koroğlu” stansiyası yaxınlığında yerləşən körpünün altında 35-40 yaşlarında kişinin meyiti tapılıb. Onun naməlum şəxs və ya şəxslər tərəfindən başına “kubik”lə vurularaq qətlə yetirildiyi məlum olub.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR