1934-cü il təvəllüdlü Şərifova Gülnaz Səid qızı xəstəxanaya aparılarkən yolda keçinib
Göyçay şəhərində piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, hadisə iyunun 28-də gecə saat 00:30 radələrində Nizami küçəsində qeydə alınıb.
Şəhərin Heydər Əliyev küçəsində yerləşən bina 197, mənzil 12-də yaşayan 1983-cü il təvəllüdlü Abbasov Taleh Əlövsət oğlu idarə etdiyi 23-BC-380 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik avtomobili ilə yolu keçən piyadanı, şəhərin Nizami küçəsindəki 84 saylı evdə yaşayan 1934-cü il təvəllüdlü Şərifova Gülnaz Səid qızını vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan Gülnaz Şərifova Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının maşını ilə mərkəzi rayon xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Piyadanı vurub öldürən maşının sürücüsü əvvəlcə həyəcanlanaraq hadisə yerindən qaçsa da, sonradan özü könüllü olaraq rayon polis şöbəsinə gəlib və hadisəni ehtiyatsızlıq səbəbindən törətdiyini bildirib.
İlkin məlumata görə, hadisəyə avtomobilin sürətlə idarə olunması və küçənin işıqlandırılmaması səbəbindən ərazinin qaranlıq olduğu bildirilir.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR