Göygöldə mənzillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Vətəninfo.az xəbər verir ki, Göygöl rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində və Gəncədə silsilə oğurluqlar törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.
Saxlanılan şəxslər, Gəncə sakinləri Elçin Əliyev və Hilal Abdullayev Göygöl rayon Qızılca kənd sakini Rima İsmayılovanın və Üçtəpə kənd sakini Azər Məmmədovun mənzilinə qanunsuz daxil olaraq oradan xeyli miqdarda nağd pul və qızıl-zinət əşyalarını oğurlayıblar. Saxlanılan hər iki şəxs dindirilmə zamanı törətdikləri əməli etiraf etməklə yanaşı müxtəlif vaxtlarda Gəncə şəhərində 4 fərqli ünvandan qızıl və pul oğurladıqlarını da bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2.3. bəndi üzrə cinayət işi açılıb, istintaq gedir.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR