ATV-də yayımlanan “Öz aramızda” verilişində maraqlı anlar yaşanıb.
Oxu.Az xəbər verir ki, verilişdə aparıcı Zaur Baxşəliyevin insanların hissləri ilə oynaması və şou yaratmaq istəyi ekspertlərdən birini özündən çıxarıb.
Verilişə ekspert kimi çağırılan dinşünas Hacı Surxay Məmmədli aktyor Hacı Şamil Süleymanova qəzəblənib:
“Mən başa düşmürəm, biz bura zarafata gəlmişik? Əgər belədirsə, mən çıxım gedim. Bayaq da sözümü yarımçıq kəsdiz”.
Dinşünas alim deyib ki, din xadiminin “Öz aramızda” verilişində qonaq olması qəbahətdir:
“Bayaqdan baxıram və düşünürəm ki, burada din xadiminin olması qəbahətdir. Görürəm ki, bu yer mənlik deyil. Mənim vaxtım qızıldır. Belə olmaz. Burada kütlə bizi gözləyir ki, nəsə söz deyək. Amma bu formada düzgün deyil”.
Bu sözlərdən sonra Hacı verilişi tərk edib və verilişin ikinci hissəsində iştirak etməyib.
Qeyd edək ki, Hacı Surxay Məmmədli Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin İçərişəhərdəki məscidlər üzrə səlahiyyətli nümayəndəsidir və İçərişəhər “Cümə” məscidinin axundudur (azxeber.com).
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR