Həbsdən çıxan iş adamı kredit borcunu tam ödədi- 9 milyon manat

Həbsdən çıxan iş adamı kredit borcunu tam ödədi- 9 milyon manat
Bir müddət əvvəl həbs edilən iş adamı, "AzMeKo” şirkətinin rəhbəri Nizami Piriyev Azərbaycan Beynəlxalq Bankına olan kredit borcunu tam ödəyib.


Vətəninfo.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə azvision.az-a şirkətdən məlumat verilib.

Bildirilib ki, zavodun qısa fəaliyyəti dövründə "AzMeKo” tərəfindən 193,231 ton məhsul istehsal edilib və 191,463 ton metanolun satışı həyata keçirilib.

Bu satışdan daxil olan ümumi vəsaitdən maya dəyəri, əməliyyat və kommersiya xərcləri çıxıldıqdan sonra qalan 9 milyon AZN vəsaiti "AzMeKo" şirkəti tam olaraq Azərbaycan Beynəlxalq Bankından alınan kreditlərin bağlanılmasına yönəldib.

Məlumatda o da qeyd olunur ki, "AzMeKo" şirkəti öz fəaliyyəti dövründə Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fonduna 75 milyon ABŞ dolları məbləğində vergi və rüsumlar ödəyib. Həmçinin, zavodun nəzərdə tutulan 20-illik fəaliyyəti dövründə mənfəət vergisindən əlavə olaraq ortalama illik vergi xərcləri 14 milyon AZN təşkil edəcək.

Xatırladaqki, bir müddət öncə N. Piriyev Azərbaycan Beynəlxalq Bankından götürdüyü kredit vəsaitlərini gecikdirdiyi üçün həbs edilmişdi. Daha sonra sərbəst buraxılan iş adamı mətbuata açıqlamasında kredit borclarının yarı hissəsini ödədiyi üçün azadlığa buraxıldığını söyləmişdi.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az