Gənc müğənni Fərid Şərifov xalq artisti, professor Zamiq Əliyevin rəhbərlik etdiyi “Şəlalə” xalq çalğı ansamblının yetirməsidir. 2005-ci ildən müğənni kimi fəaliyyət göstərən Fərid İ.Əbilov adına Mədəniyyət Mərkəzində musiqinin sirlərinə yiyələnib, hal-hazırda təhsilini Cəbrayıl adına musiqi məktəbinin xanəndəlik sinfində davam etdirir. Arzusu İncəsənət və Mədəniyyət Universitetinə daxil olmaqdır. Xalq artisti Nisə Qasımovanın bənzərsiz ifalarının təsiri altında sənətə gələn Fərid uzun illər Arxangelsk vilayətində yaşasa da, qəlbi həmişə Azərbaycanla döyünüb. Əsasən klassik, retro, turk mahnılarına müraciət edən Fərid həm də gözəl piano ifaçısıdır. Ona görə də onun repertuar seçimi fərqlənir. “Bebeyim” turk mahnısına rejissor Nail Naiboğlunun çəkdiyi musiqili klip Lider TV-nin “Klip saatı” verilişində yayımlanıb. Qeyd edim ki, Fərid Şərifovla məni bəstəkar-müğənni Arif Səlimov tanış edib. Fəridin repertuarında A.Səlimovun da mahnılarına yer ayrılacaq. Fəridin ən böyük arzusu isə Nisə Qasımova, Flora Kərimova kimi sənətkarlarla duet oxumaqdır. “İlhamımı anamdan alıram”- deyən Fəridin ən böyük dəstəkçiləri valideynləridir. Atası Fəridi başqa sənət sahibi görmək istəsə də, oğlunun istəyinə qarşı çıxmadı və ona dəstək oldu. Fəridə uğurlar, yeni mahnılar, tamaşaçı sevgisi arzulayırıq.
Alim Nəbioğlu
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR