Bu gün Avropa Oyunlarında taekvando üzrə yarışlar davam edir. “Qafqazinfo” xəbər verir ki, yarışın yeddinci günündə Azərbaycanı 1 qadın, 1 kişi olmaqla iki idmançı təmsil edəcək.
80 kq-da komandamızın üzvü Beiqi Harçeqani Feyziç Damirlə üz-üzə gələcək. Bu qarşılaşma 10:45-də start götürəcək.
Qadınların yarışında 67 kq çəki dərəcəsində Fəridə Əzizova hollandiyalı Van Bareen Joyce ilə üz-üzə gələcək. Görüş saat 10:30-da başlayacaq.
***
Fəridə Əzizova rəqibinə 2:0 hesabı ilə qalib gələrək dörddəbir final mərhələsinə yüksəlib. Taekvondoçumuz növbəti mərhələdə türkiyəli Nur Tatar ilə üz-üzə gələcək.
***
Azərbaycan təmsilçisi Milad Beiqi Harçeqani serbiyalı Damir Fejzicə 12-0 qalib gələrək növbəti mərhələyə çıxıb.
***
Beiqi Harçeqani 1/4 finalda böyük britaniyalı Muhammed Lutalo ilə üz-üzə gələcək.
Əzizova 1/4 finalda türkiyəli Nur Tatarla döyüşəcək. Qarşılaşma 15:30-da başlayacaq.
***
Fəridə türkiyəli idmançıya qarşı mübarizəyə başladı. Hesab 5-2 idmançımızın xeyrinədir. İdmançımız 6-2 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazandı.
***
Beiqi Harçeqani 1/4 finalda böyük britaniyalı Muhammed Lutalo ilə üz-üzə gəlir hesab 12-1 idmançımızın xeyrinədir. Beiqi 17-5 hesablı qələbə ilə növbəti mərhələyə çıxdı.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL