Xarici mətbuat I Avropa Oyunlarının bağlanış mərasiminin yüksək səviyyədə keçiriləcəyi ilə bağlı material dərc edib.
APA-nın “aroundtherings.com” saytına istinadən verdiyi məlumata görə, hazırda bütün diqqət Bakı Olimpiya Stadionuna yönəlib:
“Hər kəs açılış mərasimində olduğu kimi finalda da əsrarəngiz şou gözləyir”.
Məqalədə o da vurğulanır ki, bağlanış mərasimində böyük alov şousu nəzərdə tutulur: “Bu şounu 10 minlərlə insan canlı, 800 milyondan çox tamaşaçı isə efir vasitəsilə izləyəcək”.
Sayt Azərbaycanın gənclər və idman naziri Azad Rəhimova istinadən yazır ki, “Bakı 2015”ə ev sahibliyi etməklə, Azərbaycan dünya idman tarixində yeni səhifə açıb: “Bununla Azərbaycan həm də növbəti beynəlxalq idman yarışlarının başlanğıc meydanı olmaq imkanı qazanıb”.
“Avropa Oyunlarının bağlanış mərasimini təşkil etmək mənim üçün böyük şərəfdir. Bu, çox zövqvericidir, çünki bu tədbir ilk dəfədir keçirilir. Biz müasirliklə qədimiliyin sintezini ortaya qoymuşuq və bu çox maraqlı alınıb”, - deyə bağlanış mərasiminin bədii direktoru, 25 illik təcrübəyə malik olan Ceyms Hedli vurğulayıb. Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL