Vətəninfo.az İnterpress.az-a istinadən xəbər verir ki, Hollivudda çəkilmiş yeni film İrəvanda narazılıqla qarşılanıb.
“Amerikalının Ermənistanda qeyri-adi sərgüzəştləri” («Невероятные приключения американца в Армении») adlı bu film komediya janrında çəkilib. Filmin ssenari müəllifləri erməni əsilli amerikalılar olsa da süjet xəttində hazırkı erməni cəmiyyətini açıq-aşkar lağa qopyublar.
Söhbət Türkiyədə istirahətdə olan amerikalı turistin təsadüf nəticəsində Ermənistana düşməsindən gedir. Qırmızı, ay-ulduzlu türk bayrağına oxşayan paraşütlə tullanan amerikalını külək sakit və tolerant Türkiyədən Ermənistan tərəfə keçirir. İlk dəfə Ermənistana düşən amerikalı ətraf qonşularına nifrət və düşmənçiliklə baxan bir ölkəni kəşf edir.
Burda o sadə bir erməni qızı ilə tanış olur, onu sevir. Ancaq qızın zəhlətökən, geridə qalmış, karikaturaya oxşayan qohum-əqrabası sevgililərə rahat intim münasibətlər qurmağa imkan vermir. Bir sözlə indiki erməni cəmiyyəti incə yumorla lağa qoyulub ki, bu da kəskin etirazlara səbəb olub. Filmdə ermənilərin azərbaycanlılara qarşı da nifrəti açıq şəkildə məzhəkəyə qoyulur. Azərbaycanlılardan qorxan erməni təsadüf nəticəsində Ermənistana düşən amerikalını azərbaycanlı casus zənn edir. Bu da ermənilərin necə xoflu və kinli olduğuna bir işarədir.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR