Mərhum reper Hüseyn Dəryanın keçmiş həyat yoldaşı Sona İbadova bu gün media nümayəndələri ilə görüşüb.
Vətəninfo.az Axşam.az-a istinadla xəbər verir ki, mətbuat konfransında sənətçiyə həsr olunan ekran işi təqdim olunub.
Müğənni Natavan Həbibi, reper Dado və Kənan M.M-in səsləndirdiyi mahnı “Yat dostum” adlanır. Ekran işi ilə bağlı xəbər verən S.İbadova göz yaşlarını saxlaya bilməyib:
“Klip Hüseynin ölüm ildönümünə həsr olunmuşdu. O vaxta çatdıra bilmədik deyə ad günü ərəfəsində təqdim etdik. İyunun 29-da ad günü olacaq. Təklif Dadodan gəlmişdi. Tarda Əli Firuzoğlu ifa edib. Rejissorluğu Kənan M.M.-ə həvalə olunmuşdu. Mahnıda nəqarət hissəni natavan Həbibi, repi Dado, şeiri isə Kənan səsləndirib. Klipdə oğlumuz Cahangir çəkilib. Həmişə Dəryanın yaxşı işlərini hazırlamışam: pərəstişkarları ilə görüş, ad günü sürprizi edirdim. Onlardan sonra ölümü ilə bağlı bir işə dəstək olmaq ağırdır (kövrəlir). Bəstənin sözləri Dadoya, musiqisi Nadir Nəğd Pula aiddir. Əməyi keçən hər kəs bu işi təmənnasız edib. Oğlum Cahangirin də repə marağı var. Hədən maraqlı qafiyələr qoşur”.
Tədbirdə çıxış edən mərhum reperin oğlu Cahangir isə “Atamla bağlı bir klipdə rol almaq mənim üçün həm kədərli, həm də sevincli idi. Sevinirəm ki, burada mən də rol almışam. Kədərlənirəm ki, bu klip atamın xatirəsinə həsr olunub. Çox kədərləndim”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL