1 Mart Quba hadisələri bu dəfə eyni qaydada Şamaxıda təkrarlana bilər. Bu barədə redaksiyamıza rayondakı mənbələrdən məlumat veriblər və bildirilir ki, Qubanın dverilmiş rəhbəri Rauf Həbibovdan fərqli olaraq, Şamaxının icra başçısı Asif Məmmədov həqiqətən də şamaxılıları təhqir edib və hətta bu səbəbdən ona rayonda «amaci» ayaması də qoyulub.
Məlumatlı mənbə DİA.AZ-a bildirir ki, bu günlərdə Asif Məmmədov Şamaxının Həmyə kəndində yığıncaq keçirərək kənd sakinlərini təhqir edib və onları ağır ifadələrlə aşağılayıb. Məlumata görə, bu zaman onun yanında yerli rayon rəhbərliyinin nümayəndələri və hətta Şamaxı rayon polis idarəsinin rəisi Şahmar Paşayev də olub.
Mənbə bildirir ki, Asif Məmmədov üzünü kənd sakinlərinə tutaraq «qız doğursunuz, doğduğunuz oğlanlar da çoban olur» ifadəsini işlədib ki, bundan sonra Həmyə camaatı icra başçısına hücum edib və nəticədə Asif Məmmədov və hadisə yerində olan polis rəisi Şahmar Paşayev kənddən qaçmalı olublar.
Artıq bu olayın Şamaxıda böyük rezonansa nədən olduğunu bildirən qaynaq idda edir ki, artıq bir neçə kəndin ağsaqqalları Asif Məmmədovun vəzifəsindən uzaqlaşdırılması üçün prezidentə müraciət hazırlayıblar və onlar hakimiyyətə vaxt da qoyublar ki, əgər Asif Məmmədov rəhbərlikdən getməzsə, Şamaxı camaatı etiraz aksiyalarına əl atacaq.
Dia.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR