Vətəninfo.az xəbər verir ki, Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə Ələt Astara magistralının 132-ci kilometrliyində, yolun rayonun Qarazəncir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Cəlilabad rayon sakini, 50 yaşlı Elçin Həsənovun idarə etdiyi "KamAZ" markalı, 15 BX 110 dövlət nömrə nişanlı yük maşını Astara istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn rayonun Günəşli kənd sakini, 52 yaşlı Fikrət Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı, 10 MT 097 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən “VAZ-2107”nin mühərrik hissəsi yararsız vəziyyətə düşüb, onun sürücüsü F.Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə hadisə yerinə gəlmiş təcili tibbi yardım maşınında Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib.
Məlumata görə, qəza zamanı ölən "VAZ-2107”nin sürücüsü Fikrət Əhmədov Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Günəşli inzibati ərazi vahidliyi üzrənümayəndəsi idi. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR